. Yaşıllıq – TranQuini

Yaşıllıq

YAŞILLIQ

Sizin ofisiniz tropik oazis kimi görünə bilərdi. Klaviş səsləri isə yağış səsini xatırlada bilərdi. Su kulleri şəlaləni, ofis telefonun zəng səsləri isə nadir quşun səsinə oxşaya bilərdi. Biz axı indi kimi aldadırıq? NASA-ya Marsda həyatı tapmaq daha asan iş olardı.

Lakin gündəlik həyatımıza təbiəti gətirmək üçün üsullar mövcuddur. Birinci üsul – ofisdən çıxıb binanı tərk etmək, əşyalarımızı toplayıb naməlum adaya istiqamətlənmək. Amma, təəsüflər, bu qeyri-praktik bir üsuldur.

İkinci və daha asan üsul – ofisi yaşıllaşdırmaqdır. Exeter Universitetində aparılan araşdırmalara görə, ofislərində bitkilərİ saxlayan işçilər 15% daha böyük iş məhsuldarlığına sahibdirlər. Araşdırmalar həmçinin göstərir ki, maraqlı və “yaşıl” ofislər insanları işləməyə daha çox həvəsləndirir.

Tranquini, öz növbəsində, “Stresslə mübarizə” ayında sizə kömək etməyə və yaşıllaşdırılmış ofisin ruhunuza necə böyük kömək etdiyini göstərməyə hazırdır. 

Ofis bitkiləri sizə iş məhsuldarlığı bəxş edir

Bitkilərin mövcudluğu sizə diqqəti və zehni aydınlığı bəxş etməyə qadirdir. Daha az səhvlər və daha tez işlər qurulur. Bu, yüksək səviyyədə oksigenin artırılması və karbon oksigen səviyyəsinin azalması ilə bağlıdır.

Bitkilər Sağlamlıq üçün faydalıdır

Artıq çoxdan sübut olunub ki, ofisinizdə bitkilər mövcud olsa, siz daha nadir hallarda xəstələnəcəksiniz. Bu, həmçinin, hava keyfiyyətinə öz təsirini göstərir. Boyalar, mebel, plastik ətrafımızda olan toksinlərin sayını daha da artırır. Odur ki, həmkardan xəstələndirməyi istəmirsinizsə, onda ofisinizi yaşıllaşdırmağa başlayın.

Təbiət rəngləri sizin əhvalınızı yaxşılaşdırır

Yaşıl və göy rəngləri sizin diqqətinizi daha tez şəkildə cəmləşdirməyə və özünüzü yaxşı hiss etməyə kömək edəcək. Sözsüz ki, masanızı və ətrafınızı bu rənglərə boyaya bilməzsiniz, lakin masanızı lazım olan bitkilərlə bəzəyə bilərsiniz. Suvenirlər, şəkillər və şəxsi əşyalar da xoşbəxtlik hissini artırır. Odur ki nəyi gözləyirsiniz? Masanı şəxsi aləminə çevirt.

Ofis bitkiləri səs-küyü azaldır

Müasir günlərdə səs-küy diqqətimizi cəmləndirməyə imkan vermir. Lakin çoxdan sübut olunub ki, bitkilər səs-küyün gücünü azaldır, və beləliklə, bizə kömək edə bilər. Ofisə bitki gətir və Bruno Marsın mahnısını qulaqcıqlarda tez-tez qoşmaq lazım olmayacaq.

Hansı bitkilər alınmalıdır?

Çünki hər bitki ofisə yaraşmaz, odur ki, düzgün seçim etmək lazımdır. Məsələn, elə bitki var ki, çox işığa ehtiyacı yoxdur. Məsələn lemon məlhəmi bitkisi çox işıqlandırılmayan məkanda da yaşaya bilər. Kaktustlar da çox tələbli deyil.

Odur ki, tropik cənnətə yollanmağa vaxtınız və imkanınız yoxdursa, bu məqaləni müdirinizə, həmkar və dostlarınıza göstərin və bitki alışına başlayın. Tezliklə sən yaşıl oazisin ətrafında Tranquni içib Larri kimi xoşbəxt olacaqsan. 

Həmçinin...