Qışın sonunu Holi ilə qeyd edirik
http://tranquini.com/sites/default/files/2017-02/holiMoli_ftSp_pinkSmokeBack.png
http://tranquini.com/sites/default/files/2017-02/holiMoli_ftSp_boy_%402x.png
http://tranquini.com/sites/default/files/2017-02/holiMoli_ftSp_yellowSmokeFront.png

Qışın sonunu Holi ilə qeyd edirik

Yanvar və Fevral ayları bir çoxları üçün çətin aydır. Qışın bizə təqdim etdiyi "50 çalar daha tünd" filmində də cazibədar bir şey yoxdur. Tutqun günlərdə biz günəşli bir havanı arzulayırıq. Hətta arzularımız belə bizə ağ-qara rənglərdə görsənir. Ona görə də yaz mövsümü başlayanda, biz özümüzü gümrah hiss edirik. Günəş görünür, güllər açılır və əhvalımız yüksəlir. Rənglər bizi həyata qaytarır.

Ona görə də hindlilər tərəfindən qeyd olunan Holi bayramında yazı qarşılamaq daha maraqlı gəlir! Bu festival baharın gəlişini, xeyrin şərə qalib gəlməsini qeyd edir.


Tranquini də, öz növbəsində, sizə bu üslubda olan digər 5 bayramı təqdim etmək istəyir.

Holi Festivalı - Hindistan və Nepal

Adətə görə, bu bayram şimali Hindistan və Nepalda qeyd olunur. Festival zamanı insanlar rəqs edib oxuyur, bir-birini rəngbərəng boyalarla bəzəyirlər. Nəticədə, hamı xoşbəxt və sevinclidir.

Songkran Festivalı - Tailand

Tailanda da yaz mövsümün gəlişi həmçinin Yeni ilin gəlişi kimi qeyd olunur. Bu bayramda su rəmzi böyük bir rol oynayır. Yuyunmaqla insanlar sanki pis bəxtdən azad olunurlar. Daha gənc nəsil küçələrdə əsl su döyüşləri təşkil edir.

Colour Run – London, İngiltərə

Holi festivaldan ilhamlanan iştirakçılar 5 km-lıq məsafəni ağ libas geyinib keçirlər. Bu yol zamanı da onlar ətrafı və digər iştirakçıları rəngli boyalarla bəzəyirlər. Bu qaçışlar həm də Avstraliya, Cənubi Afrika və Kanada da yer alırlar. Əgər bu festivalı bəyəndinsə, onda sadəcə idman ayaqqabılarını gein və əylənməyə başla.

Portağal döyüşləri – İvreya, İtaliya

İtaliyanın şimali şəhərində İvreyada keçirilən bu döyüşlər İtaliyanın ən böyük yemək döyüşləridir. Festival 12-ci əsrdə bir tirana qarşı itaətsizlik göstərən şəhərin xatirəsinə qeyd olunur. İştirakçılar 9 qrupa bölünüb döyüşməyə başlayırlar. Əgər iştirak etmək istəmirsinizsə, onda sadəcə kənarda durub izləyə bilərsiniz.

La Tomatina - Bunol, İspaniya

İspaniyanın Bunol şəhərində isə pomidor döyüşləri baş tutur. Bir saat çəkən döyüşlərdən sonra küçələrə atılan pomidorlara görə qırmızı rəngə boyanırlar. Məşhur festival bütün İspaniyada təşkil olunur.


Odur ki, yaz mövsümünə hazırlaş və onun gəlişini Tranquini ilə qeyd et.