Yaz mövsümünə hazır ol - background
http://tranquini.com/sites/default/files/2017-02/springClean_ftSp_man_%402x.png
http://tranquini.com/sites/default/files/2017-02/springClean_ftSp_cleaner_%402x.png

Yaz mövsümünə hazır ol

Bəli, bəli! Yaz mövsümünə artıq çatmışıq. Yataqdan çıxıb təzə qəhvə hazırlamaq, sonra havaya çıxıb güllərin qoxusunu hiss etməyin vaxtıdır. Bu gün sənindir və sən onu istədiyin kimi yaşamalısan.

Əlbəttə ki, reallıq bir qədər başqadır. Saatın səsinə oyanıb, sən elektron ünvanını yoxlayıb müdirin sənə bir həftə əvvəl verdiyi tapşırığın hələ də yerinə yetirmədiyini görməlisən. Səndə 36 whatsapp məktubu, 4 Facebook bildirişi, 3 oxunmayan qaynar xəbərin var. Sən yataqdan durub Lego hissəciyin üstünə dayanırsan. Ağrıdan axsıya-axsıya sən masaya yaxınlaşırsan.


Yaz mövsümü bir çoxları üçün yeni vərəqdən başlamaq üçün yaxşı imkandır. Tranquini də sənə 5 faydalı məsləhəti verməyə hazırdır.

Evdən başla

Evdə hər şey üst-üstə yığılanda ev enerjimizi almağa başlayır. Biz gərgin oluruq və aydın fikirləşə bilmirik. Yataq otağını təmizlə ki, yaxşı yuxu ala biləsən. Sonra mətbəxi təmizlə, qabları yu, paltarları paltaryuyan maşında yumağa başla. Təmiz evlə fikirlər yenilənir.

Soyuducunu təmizlə

Soyuq qış günlərində biz çoxlu faydasız yeməklər hazırlayırıq. Soyuq qış günlərində biz çoxlu faydasız yeməklər hazırlayırıq. Araşdırmalar göstərir ki, təmiz soyuducu ilə kök qalmaq daha çətin olur.

İş masanı təmizlə

Sənin masanda çoxlu lazımsız əşyalar var? Əgər belədirsə, onda işgüzlarlığın, çox güman ki, sıfır dərəcədədir. Bir dəfə fasiləyə çıxmayıb iş masanı təmizləməklə məşğul ol. Sən özünü daha rahat və məsuliyyətli hiss edəcəksən. Müdirin də bunu hiss edəcək.

Onlayn həyatını qısalt

Müasir həyatda biz 24/7 onlayn olub həyatımızı kompyuter və telefonlara bağlayırıq. Beləliklə, biz özümüzü stress aləminə salırıq. Beyinlərimiz lazımsız informasiya ilə atəşə salınır və kreativ düşüncəmız sıfıra bərabərləşir. Özünə söz ver ki, hər gün iki saat vaxt ayırıb dincələcəksən və özünü rahat hiss edəcəksən.

Gəzintiyə çıx

Yaz artıq havada hiss olunur. Gəzintiyə çıx. Aktiv ol. Qaçışla məşğul ol və ya çoxdan görmədiyin dostunla görüş. Yoga məşğələsinə get. Təmiz hava qəbul et. Bütün bunlardan sonra sən özünü gümrah və rahat hiss edəcəksən.


Odur ki, sən nəyi gözləyirsən? Yaz mövsümünə start ver, Tranquini-nı əlinə al və bizim məsləhətlərimizi yerinə yetir. Tezliklə özünü pozitiv və rahat hiss edəcəksən.