Walk With Me

Mənimlə Gəzintiyə Çıx

İşçilərin diqqətini iş məsələlərində saxlamaq üçün əlindən gələni artıq etmisən - interaktiv rəngli çarxlar, Toni Robinsın motivasiyalı videolar və. Nə etsən də, onların diqqətini bir yerə cəmləyə bilmirsən. Sonda da onları ya telefonda, ya da müxtəlif gülməli memları izləyərkən tapa bilərsən. Sözsüz ki, maraqlı pişik memləri işin özündən daha maraqlı görsənə bilər, Lakin bu problemin tək bir yolu var. İşçilərini gəzintiyə apar. Onları gəzintiyə çıxarıb onlarla söhbət et.

Araşdırmalar göstərir ki, məhz belə bir gəzintilər işçilər üçün əsl köməkçi vasitədir. Gəzinti zamanı ürək döyüntüsü normallaşır, oksigen çatışmazlığı aradan qalxır, yaddaşımız da normallaşmağa başlayır.


Bunu təkcə işçilərin üçün deyil, özün üçün də et. Orta hesabla insanların əksəriyyəti 9 saatdan çoxunu kompyuter qabağında keçirir. TED spikeri Nilofer Merçantın dediyi kimi, "ofisdə vaxt keçirmə yeni siqaret çəkmə növüdür". Bu tamamilə düzgün bir ifadədir və təəsüflər ki, çoxlu xəstəliklərə səbəb ola bilər.

Stiv Cobs yüksək iş ağırlığına baxmayaraq həmkarları ilə gəzinti zamanı vacib məsələləri müzakirə edib, Eynşteyn isə hər hansı bir çətin sualı düşünərkən çimərliyə çıxırdı.

Odur ki, sən nəyi gözləyirsən? Gəzintiyə çıx, özünlə Tranquini götür və işçilərinlə rahat vaxt keçirt.