. (function(html){html.className = html.className.replace(/\bno-js\b/,'js')})(document.documentElement); Texnoloqiyalarla Stressdən azad olmaq – TranQuini

Texnoloqiyalarla Stressdən azad olmaq

TEXNOLOQİYALARLA STRESSDƏN AZAD OLMAQ

Nə vaxtsa ailə üzvlərin “texniki problemləri” yaşayıbmı? Məsələn, baba təsadüfən kiməsə şəkil göndərib? Ya da anan Facebook-da doğma dili çin dilinə dəyişdirib? Ya da atan hər hansı texniki problemlə üzləşibmi? Texnoloqiyalar hər nəsil nümayəndəsi üçün stress mənbəsi ola bilər, yəni təkcə valideynlər üçün deyil – adi Skype zəngində belə problem yarana bilər.

Texnoloqiyalar həyatımızı nə qədər asanlaşdırsa da, bir o qədər də çətinləşdirə bilər.

Nə yaxşı ki, bəzi proqram əlavələri bizə stressdən azad olmağa komək edə bilər. Tranquini ilə birlikdə bu beş proqram əsl istirahət mənbəyidir. 

Headspace

8,5 milyon istifadəçi ilə birlikdə, məsələn, Emma Uotson, Riçard Brenson kimi, istifadəçilərlə, Headspace ən qeyri-stress proqram əlavələrindən biridir. Bu proqramla gün ərzində 10-15 dəqiqə keçirsəniz, siz öz daxili sülhünüzü tapacaqsınız.

Breathe2Relax

Breathe2relax proqramı düzgün nəfəs almağı öyrədir. Meditasiyada vacib rol oynayan düzgün nəfəs prosesi stressi aradan götürür və sakitləşdirir.

White Noise

Ətrafında olan bütün səslər səni yorur? Onda bu proqram ilə səslər artıq səni yormayacaq. Əksinə, sənin üçün artıq müalicəvi, sakitləşdirici təsir göstərəcək. Bu proqramdan işində və ya yataq otağında istifadə et və sakitləş.

Pause

Qədim Tay Çi prinsiplərindən ilhamlanan bu proqram sözün əsl mənasında sakitliyi barmaqlarda bəxş edir. Bu proqramla artıq bir neçə dəqiqədə sakitləşə biləcəksən. Əvvəlcədən xəbərdar edirik, bu proqram tezliklə sevilən proqramların arasında olacaq.

Sleep Cycle

Qədim Tay Çi prinsiplərindən ilhamlanan bu proqram sözün əsl mənasında sakitliyi barmaqlarda bəxş edir. Bu proqramla artıq bir neçə dəqiqədə sakitləşə biləcəksən. Əvvəlcədən xəbərdar edirik, bu proqram tezliklə sevilən proqramların arasında olacaq. est.

Odur ki, bu proqramlar vasitəsilə sən sakitlik tapa bilərsən, ya da ən yaxşısı, smartfonu cibinə qoy, Tranquini-nı götür və sakitləş.

Həmçinin...