. (function(html){html.className = html.className.replace(/\bno-js\b/,'js')})(document.documentElement); Fikirləşirəm ki, edə biləcəm. Bilirəm ki, edə biləcəm. Mən bunu edəcəm – TranQuini

Fikirləşirəm ki, edə biləcəm. Bilirəm ki, edə biləcəm. Mən bunu edəcəm

Fikirləşirəm ki, edə biləcəm. Bilirəm ki, edə biləcəm. Mən bunu edəcəm

Tıxacda qalmısan? Hər şeydən bezmisən? Ətrafında olanları da görə bilmirsən? Narahatlığı azaldıb ətrafında olanları görmək həqiqətən asan bir işdir. Bəzən, sadəcə, dayanıb ətrafda olanları grmək lazımdır. Beləliklə, biz öz taleyimizin sahibi olacağıq. Biz nəzarət hiss edəndə, hər şey real görünür. Belə ki, burada sizin daha müsbət olmağınıza kömək edəcək beş sadə şeylər var.

Başqaları barədə fikirləşməyi dayandırın.

Başqalarının uğurlarını saymaqla siz özünüz uğur qazanmayacaqsınız. Özünüz barədə düşünəndə biləcəksiniz ki, sizə nə lazımdır və məqsədləriniz nədir.

Uğursuzluğa başqa gözdən bax.

Başa düşün ki, bəzən nəyisə əldə etməməklə biz başqa bir uğurları əldə edirik. Maykl Cordan bir dəfə dedi: “Karyeramda mən 9,000 dəfə topu düzgün atmamışam. 300 oyunda qalib gələ bilmədim. 26 dəfə qalib gəlmək üçün lazım olan addımı atmamışam. Yenə və yenə uduzmuşam. Və məhz buna görə də sonda uğur qazandım”.

Etmək istədiyini et

Pozitiv olmayanda, hər şeyə bədbin gözlə baxanda, çalışın ki, ürəyinizin istədiyini həyata keçirdəsiniz. Bunu edəndən sonra, tapın, nə baş verəcək? Elə həmin an özünüzü pozitiv və sakit hiss edəcəksiniz.

İndiki an ilə yaşa.

Keçmiş və ya gələcəklə yaşamayın. Çünki belə fikirlər sizi yalnız neqativliyə aparacaq. Məhz indiki zamanda edəcəyiniz sizə xeyir gətirə bilər.

Minnətdarlığını göstər.

Ətrafında olan və səni həvəsləndirən insanlara, hər açılan günə minnətdar olanda, bütün uğursuzluqlar geridə qalır.

Odur ki, pozitiv düşünün və pozitiv anlar daha çox olacaq.

Həmçinin...