. İntellektual oyunlar – TranQuini

İntellektual oyunlar

İntellektual oyunlar

İdman dünyası artıq bir-birini öldürməyə cəhd edən sərxoşlar və vəhşi quldurlarla dolu deyil. Müasir idmanda daha çox nüanslar və bilgilər var və bu sadəcə futbol topunun komandalar arasında təpiklənməsindən ibarət deyil, oyunçular və insanlar öz uğurlarını dəstəkləməkdən ötrü bir çox istiqamətlərə müraciət etməli olurlar. İdman ulduzları arasında bütün dünyada populyarlıq qazanan təcrübə əyani təsəvvürdür – qolfçular bunu 1970-ci illərdən bəri öyrəniblər.

Pozitiv fikirləşin sonra işə girişin

Altı dəfə Meycor (“Böyük Dəbilqə”) turnirinin qalibi Nik Faldo əyani təsəvvür işinə tam inananlardandır. Bu qolfçu onu “əlimizdə olan ən güclü vasitə” adlandırır. Cek Niklos, Tayger Vudz və hazırda dünyada nömrə bir olan Cordan Spit oyunlarında ən yaxşı nəticə əldə etmək üçün əyani təsəvvürün fərqli formalarından istifadə edirlər. 

Lakin bu təcrübə sadəcə qolfçuların adına yazılmayıb. Məhəmməd Əli və Pele kimi idman ikonaları ona and içir və bu yaxınlarda İngiltərə yığması və Mançester Yunaytedin hücumçusu Ueyn Runi də özünün buna inandığını elan etmişdir. “Oyundan bir gecə öncə yerimdə uzanıb necə qol vurmağımı və ya yüksək nəticə göstərməyimi özüm üçün əyani təsəvvür edirəm,” bir dəfə o, açıqlayıb. “Özünü o ana gətirməyə və hazırlamağa çalışırsan.

Bu o demək deyil ki, sən divanda oturub daha yaxşı həyatın, daha dolğun inkişafın və ya daha incə belin xəyalını qura bilərsən. Bu o deməkdir ki, sən idman dünyasından bir yarpaq qoparıb fikrini həyatında müsbət dəyişiklik yaratmağa yönləndirə bilərsən. Saykoloci Tudey (Bugünün Psixologiyası) jurnalında qeyd edilir ki, “Müasir araşdırmalar göstərir ki, əqli fəaliyyətlər motivasiyanı çoxalda, özünə inam və öz fəaliyyəti artıra, mühərrikin funksional göstəricilərini yaxşılaşdıra, beyninizi uğura stimullaşdıra və axın vəziyyətini yüksəldə bilər.”

Odur ki, növbəti dəfə mükəmməl hərəkətlər göstərmək istəyəndə, dərindən nəfəs al, rahatlan və pozitiv ol, sonra da bax gör arzun necə gerçəkləşir. 

Həmçinin...